Modern.az

Eldar İbrahimov ATƏT PA-da çıxış etdi: "Azərbaycan bu istiqamətdə çalışacaq"

Eldar İbrahimov ATƏT PA-da çıxış etdi: "Azərbaycan bu istiqamətdə çalışacaq"

7 İyul 2012, 14:09

Azərbaycan Milli Məclisin üzvləri ATƏT-in Parlament Assambleyasının XXI yay sessiyasında iştirak etmək üçün Monako Knyazlığının Monako-Vill şəhərinə səfərdədirlər. Azərbaycan nümayəndə heyətini Bahar Muradovanın başçılığı ilə Eldar İbrahimov, Rəbiyyət Aslanova, Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev təmsil edir.

Xəbər verdiyimiz kimi, qurumun daimi komitəsinin iclasında 2014-cü ildə ATƏT-in Parlament Assambleyasının böyük bir yay sessiyasının Azərbaycanda keçirilməsi məsələsinə baxılıb və bu, təsdiqlənib
Modern.az saytı xəbər verir ki, İqtisadi və ətraf mühit komitəsinin iclasında Fransa, Almaniya və digər ölkəlırin nümayəndələri ölkələrindəki vəziyyətlə bağlı məlumat veriblər.

Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov çıxış edib.

Azərbaycanlı deputat bildirib ki, dünyada iqtisadi və maliyyə vəziyyətinin pisləşməsi Azərbaycanda aparılan effektiv və xarici təsirlərə davamlı siyasətin nəticəsində ölkə iqtisadiyyatına təsir göstərməyib:
”2003-cü ildən başlayaraq, ölkədə 1 milyondan artıq iş yeri açılıb, işsizlik 5,4 % təşkil edir. Ətraf mühitin qorunması və təbii sərvətlərin effektiv istifadəsi məqsədilə sərmayələrin həcmi ildən-ilə artır. Ölkədə alternativ enerji mənbələrin istifadəsinə dair müəyyən tədbirlər görülür.  Bu sahənin inkişafına 90 mln. dollar ayrılıb. Bəzi regionlarda müasir texnologiyalar əsasında alternativ enerji mənbələrindən yararlanan “Yaşıl evlər” yaradılıb. Bu yaxınlarda Sumqayıt şəhərində günəş modulların və LED lampaların istehsalı üzrə zavod açılıb. Bu istiqamətdə işlər davam etdiriləcək və Azərbaycan Avropa dəyərlərinin qorunmasında fəal iştirak edəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək