Daxili İşlər Nazirliyinin məlumatına görə, Sumqayıt şəhər sakini Amil Abdullayev "Kapital Bank" ASC-nin şöbə müdiri Fərid Bəxtiyarov ilə cinayət əlaqəsinə girərək "Nur" MMC-dən mənzil alması və neft şirkətində işləməsi barədə saxta arayışlar əldə edib.
Onlar həmin sənədlər əsasında A.Abdullayevin qayınatası Məhəmməd Əhmədova məxsus Binəqədi rayonundakı mənzili girov qoyaraq "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Yasamal filialından 44 min manat ipoteka krediti görürərək mənimsəyiblər.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən bu fakt müəyyən edilib və faktla əlaqədar cinayət işi başlanıb.
Modern.az