Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib. TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlərdən 1603 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıblar. İmtahan nəticələri qurumun internet saytında yerləşdirilib.Nəticələr burada- ( //www.tqdk.gov.az/azru12/ )
Qeyd edək ki, imtahanın nəticələri iyulun 7-də saat 15:20-dən etibarən TQDK-nın internet saytında yerləşdiriləcək. Həmçinin imtahan nəticələri barədə məlumatı Azercell, Bakcell və Nar Mobile nömrələrindən abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənmək mümkündür.
Anar RÜSTƏMOV