Modern.az

Deputat canlı yayımda aparıcının üstünə silah çəkdi

 Deputat canlı yayımda aparıcının üstünə silah çəkdi

7 İyul 2012, 16:10

İordaniya televiziyasında Suriya ilə bağlı müzakirəyə qatılan İordaniyalı millət vəkili canlı yayımda aparıcı ilə mübahisə edərək onun üstünə silah çəkib. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aparıcının deputata Mossad casusu deməsi vəziyyəti gərginləşdirib. Aralarında yaranan mübahisə zamanı deputat öncə aparıcının üstünə ayaqqabısını atıb, sonra isə üzərində gəzdirdiyi silahı çıxardaraq onun üstünə çəkib. Aparıcı nə etmək istədiyini bilmədiyindən qaçmağa cəhd etsə də deputat əlindəki silahla onun üzərinə yeriyib. Xoşbəxtlikdən mühafizəçilərin müdaxiləsindən sonra deputatı sakitləşdirmək mümkün olub.


 

Anar RÜSTƏMOV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək