Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana gəlib. Modern.az-ın məlumatına görə, S.Narışkini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Milli Məclisin sədri Oqtay Əsədov, vitse-spiker Ziyafət Əsgərov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, deputat Səməd Seyidov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, Sergey Narışkinin səfəri çərçivəsində Rusiya nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin spikeri Oqtay Əsədovla ikitərəfli görüşləri planlaşdırılır. Həmçinin Rusiyalı qonağın habelə Heydər Əliyev Fonduna baş çəkəcək, Bakı Slavyan Universitetinin tələbələri qarşısında çıxış edəcək, eləcə də Bakıdakı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunlarına diplomlar təqdim edəcək.
Mail Ağaxanov