Modern.az

Bahar Muradova Monakoda mühüm görüşlər keçirib

Bahar Muradova Monakoda mühüm görüşlər keçirib

7 İyul 2012, 20:26

Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında (ATƏT PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Monakoda “ATƏT – dəyişilən region” mövzusunda sessiyasında iştirakı çərçivəsində bir sıra görüşlər keçirib.

Modern.az  AzərTAc –a istindən xəbər verir ki, B. Muradovanın İtaliya nümayəndə heyətinin rəhbəri, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Rikardo Milyori ilə görüşündə İtaliya –Azərbaycan parlamentlərarası münasibətləri, ATƏT PA-da birgə fəaliyyətin istiqamətləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

B. Muradovanın İsveçrə nümayəndə heyətinin rəhbəri, İsveçrə- Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristin Egerzeqi-Obristlə ilə görüşündə iki ölkənin parlamentləri arasında getdikcə intensivləşən əlaqələr və dostluq qruplarının qarşılıqlı səfərləri ilə bağlı müzakirələr aparılmışdır. Xanım K.Egerszeginin cari ilin oktyabrında Bakıya səfərinin təşkil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

 Milli Məclis sədrinin müavini Almaniya nümayəndə heyətinin üzvü xanım Viola von Kramon-Taubadel ilə görüşündə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub. Tərəflərin mövqeləri, onların beynəlxalq sənədlərdə əksini tapması, eləcə də ATƏT PA çərçivəsində keçirilən müzakirələr və ayrı-ayrı ölkələrin vasitəçilik prosesinə dəstəyinin vacibliyi vurğulanıb. Münaqişə tərəflərinin müxtəlif səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilə biləcək tədbirlərin əhəmiyyəti qeyd olunub. Belə təşəbbüslərin Almaniya hökuməti tərəfindən də irəli sürüldüyü və hər iki tərəfin iradəsi olduğu təqdirdə bundan sonra da təşkil edilə biləcəyi bildirilib.

 Kramon-Taubadel bu prosesdə şəxsən özünün fəal şəkildə iştirak etməyə hazır olduğunu vurğulayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək