Modern.az

Azərbaycan Rusiyaya yardım karvanı göndərib

Azərbaycan Rusiyaya yardım karvanı göndərib

9 İyul 2012, 09:04


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən avtomobil karvanı ilə Rusiya Federasiyasının Krasnodar diyarında təbii fəlakətdən zərər çəkmiş insanlara yardım göndərilib.

Modern.az AzərTac-a istinadən bildirir ki, 38 nəfər şəxsi heyətdən, 22 avtomobildən ibarət yardım karvanı iyulun 8-də axşam saatlarında Bakıdan Rusiyaya yola düşüb.

FHN-in Mülki Müdafiə Qoşunlarının qərargah rəisi, polkovnik Aslan Hüseynov, Azərbaycan Respublikasının sərhədyanı qonşu və digər ölkələrdə baş vermiş təbii fəlakətlərin aradan qaldırılmasında həmişə yaxından iştirak etdiyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən FHN tərəfindən Federasiyasının Krasnodar diyarına yola salınan humanitar yardım müxtəlif sulardan, şirələrdən və digər qida məhsullarından ibarətdir. 

Məlum olduğu kimi Rusiya Federasiyasının Krasnodar diyarında da təbii fəlakət baş verib və nəticədə xeyli insan evsiz-eşiksiz qalıb. Daşqın nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi yanında operativ qərargahın yaydığı məlumatda bildirilir ki, daşqın qurbanları Krım rayonunda daha çox olub. Burada təbii fəlakət 96 nəfərin həyatına son qoyub. Vilayətin Gələncik adlanan bölgəsində 9, Novorossiyskdə isə 2 nəfər ölüb.
Daşqına məruz qalmış regionlarda fövqəladə vəziyyət elan edilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək