
Modern.az saytı bu yaxınlarda oxucularına Dənizkənarı Milli Parkdakı yelləncəklərin hərəkəti zamanı səsləndirilən əcnəbi musiqilərlə bağlı bir yazı təqdim etmişdi. Yazıda narazı valideyinlərin fikirləri də qeyd olunmuşdu.
Dünən yolumuz yenidən bulvardan düşmüşdü. Təəcübləndik, çünki yelləncəklərdə səsləndirilən musiqiləri dəyişdirmişdilər. Əcnəbi musiqilərin əvəzinə mlli uşaq mahnılarımız səslənirdi. Uşaqlar “Cücələrim” və “Kəndimiz” musiqilərinin sədaları altında yelləncəklərdən zövq alırdılar. Bir neçə valideyindən də bu dəyişiklik barədə münasibət öyrəndik. Onlar da razı qaldıqlarını bildirdilər.
Könül Səid