Modern.az

Müdafiə Nazirliyi Ermənistanın yalan xəbər yaydığını BƏYAN ETDİ

Müdafiə Nazirliyi Ermənistanın yalan xəbər yaydığını BƏYAN ETDİ

27 Oktyabr 2020, 12:02

“Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır”.


Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən Modern.az-a verilən açıqlamada bildirilib.


“Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur”,-deyə nazirlik əlavə edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü