Modern.az

“Belə cılız hərəkət Türkiyəyə təsir etməz” – Məlahət İbrahimqızı

“Belə cılız hərəkət Türkiyəyə təsir etməz” – Məlahət İbrahimqızı

27 Oktyabr 2020, 12:05

"Son illərdə Makronun iqtidarı dönəmində Fransada Türkiyə əleyhinə çox ciddi kampaniyalar aparılır".

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputatın sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədr ölkə kimi, ermənipərəst mövqeyi göstərdiyi göz önündədir:

 

"Biz Fransanın ermənipərəst mövqeyinin yaşadığımız Vətən müharibəsi dönəmində də şahidi olduq. Bir neçə gün bundan öncə isə Fransanın ermənipərəst  rəhbərliyi Türkiyəyə qarşı yeni bir kampaniyaya başlayıblar. Belə ki, Fransada Türkiyə məhsullarının satışının qadağan olunması çağırışı olub. Təbii ki, belə cılız hərəkət Türkiyəyə təsir etməz, lakin biz də, daha doğrusu Azərbaycan ictimaiyyəti də mövqe  nümayiş etdirməliyik".

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü