Modern.az

Azay Quliyev: "ATƏT üçün yaxşı bir vaxtdır ki, yol xəritəsi hazırlasın..."

Azay Quliyev: "ATƏT üçün yaxşı bir vaxtdır ki, yol xəritəsi hazırlasın..."

9 İyul 2012, 10:31

Azərbaycan Milli Məclisin üzvləri ATƏT-in Parlament Assambleyasının XXI yay sessiyasında iştirak etmək üçün Monako Knyazlığının Monako-Vill şəhərinə səfərdədirlər. Azərbaycan nümayəndə heyətini Bahar Muradovanın başçılığı ilə Eldar İbrahimov, Rəbiyyət Aslanova, Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev təmsil edir.
Sessiyada deputat Azay Quliyev ATƏT regionunda təhlükəsizliyin gücləndirilməsinə dair qətnamənin müzakirəsində çıxış edib. Modern.az-ın məlumatına görə, A.Quliyev bildirib:

”Bu gün ATƏT-in effektivliyinin  artırılması ATƏT-in hal-hazırki gündəliyində olan ən vacib prioritetlərdəndir.

Biz inanırıq ki, ATƏT-in başlıca missiyası ATƏT ərazisində onun sahib olduğu norma və prinsiplərin riayət olunmasının məcburiliyini, ikili standart və coğrafi üstünlüklər olmadan, hərtərəfli təhlükəsizliyi qorumaqdır.

Bu bir həqiqətdir ki, ATƏT öz norma və prinsiplərinin həyata keçirilməsində heç də həmişə effektli fəaliyyət göstərə bilmir, xüsusilə onun ərazisində onilliklərlə sürən münaqişələrin həlli kimi məsələlərdə indiyə kimi ciddi uğur qazana bilməyib.

Buna görə də biz parlament üzvləri olaraq, ATƏT-in sahib olduğu mexanizmlərə, xüsusilə onun qərarlarının və qətnamələrinin icra olunma vəziyyətinə nəzər salmalıyıq, həmçinin, baxmalıyıq ki, biz harada əlavə səy göstərə bilərik və əsil sülhə və təhlükəsizliyə necə nail ola bilərik.

Təhlükəsizliyi artırmağın digər əhəmiyyətli cəhəti ATƏT-lə BMT  arasında əməkdaşlıq əlaqələrinin yüksəldilməsidir, çünki hər iki təşkilat eyni dəyərləri və ümumi fəaliyyət sahələrini bölüşdürür.

Bu zərurəti nəzərə alaraq, mən cənab Bilorusla tam razıyam ki, ATƏT-in strateji əməkdaşlığı ilə digər beynəlxalq təhlükəsizlik təşkilatları gücləndirilməli və kordinasiya olunmalıdırlar.

Mən inanıram ki, bu qətnamə bütün beynəlxalq maraqlı tərəflərin fəaliyyətini tamamlamaq və sinerjini daha da gücləndimək  məqsədi güdəcəkdir.

ATƏT-dən ən əsas gözləntilərdən biri odur ki,  qurum Moldovada Transnistria, Gürcustanda Cənubi Osetiya və Abxaziya, Azərbaycanda Dağlıq Qarabağ kimi münaqişələrin ən tez bir zamanda həll olunması üçün aktiv rol oynasın. ATƏT öz  resurs və mexanizmlərini səfərbər etməklə  bu münaqişələrin həllinə öz tövhəsini verməlidir.

Mənim fikrimcə, bu, ATƏT üçün yaxşı bir vaxtdır ki, bütün potensialını digər beynəlxalq təşkilatlarla birləşdirməklə Moldovanın, Gürcüstanın və Azərbaycanın konstitusiya ilə müəyyən olunmuş ərazilərinin işğaldan və parçalanmadan necə geri qaytarmaq barədə yol xəritəsi hazırlasın.

Habelə,  sülhə və təhlükəsizliyə mənfi təsir göstərən bütün xarici qoşunların bu üç suveren ölkələrdən çıxarılmasına əlverişli şərait yaradılsın”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək