Modern.az

İran parlamentinin spikeri koronavirusa yoluxub

İran parlamentinin spikeri koronavirusa yoluxub

Aktual

28 Oktyabr 2020, 09:30

İran parlametinin sədri Məhəmməd Baqer Qalibaf yeni növ koronavirusa (COVİD-19) yoluxub.

 

Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə parlamentin sədri "İSNA" agentliyinə bildirib.

 

B.Qalibaf deyib: "Mənim apparatımın əməkdaşlarından biri koronavirusa yoluxub. Gecə yarısı mənim də testimin nəticəsi məlum oldu. Testin nəticəsi müsbətdir".

 

Bildirilir ki, B.Qalibaf hazırda karantindədir, lakin vəzifəsini icra etməyə davam edəcəyinə ümid edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi