Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da ATƏT-in baş katibi Lamberto Zannieri qəbul edib.
Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Modern.az