Almaniya 9 noyabrdan etibarən Türkiyəni "riskli bölgə" elan edib.
Modern.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “riskli bölgə” qərarı ölkəyə səyahət qadağası deyil, səyahət xəbərdarlığı deməkdir.
Alman hökuməti vətəndaşlarına xəbərdarlıq edib ki, məcbur olmadığı təqdirdə Türkiyəyə səfər etməsinlər.
Türkiyəni "riskli bölgə" elan edən Berlin bunun səbəbini açıqlamayıb.
Qeyd edək ki, alman hökuməti Prezident Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronla bağlı açıqlamalarını sərt tənqid edərkən, Xarici İşlər naziri Heiko Maas radikal islamçılara qarşı mübarizədə Fransanı dəstəklədiyini və Makronla həmrəy olduğunu bildirmişdi.