Çempionlar Liqasınn qrup mərhələsində İtaliya "Yuventus"u evdə İspaniyanın "Barselona" klubunu qəbul edib.
Modern.az xəbər verir ki, oyunda hesab 14-cü dəqiqədə açılıb. Lionel Messinin ötürməsini Ousman Dembele qapıdan keçirib.
Matçın 90+1 dəqiqəsində Lionel Messi penalti zərbəsini dəqiq yerinə yetirib - 2:0.
Bununla da G qrupunda "Barselona" xallarını 6-ya yüksəldərək qrupun şəriksiz lideri olub.
T.İSMAYIL