Müsavat Partiyası uzun müddətdir həllini tapmayan qurultay məsələsinə bu gün yenidən baxacaq. Partiyanın başqan müavini Gülağa Aslanlının Modern.az-a verdiyi məlumata görə, bu gün Təşkilat Komitəsi bir araya gələrək qərar qəbul edəcək.
“Bu gün Müsavat Partiyasının qurultay məsələsi Təşkilat Komitəsində yenidən baxılacaq. Hələki qurultayla bağlı yeni bir məlumat yoxdur. Sadəcə olaraq bugünkü toplantıda məsələyə yenidən baxılaraq müvafiq qərar qəbul ediləcək”, - deyə Müsavat rəsmisi bildirib.