Modern.az

Narışkin Bakıda Qarabağdan danışdı: “Biz Rusiya olaraq, təminat veririk ki...”

Narışkin Bakıda Qarabağdan danışdı: “Biz Rusiya olaraq, təminat veririk ki...”

9 İyul 2012, 16:24

Modern.az-ın məlumatına görə, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana səfəri çərçivəsində bu gün Heydər Əliyev Fondunda təşkil olunan görüşdən sonra  Bakı Slavyan Universitetinin müəllim-tələbə heyəti qarşısında çıxış edib.  
Tədbirdə  BSU-nun rektoru  Kamal Abdulla universitet kollektivi adından sədrə fəxri doktor adı verib və müvafiq diplomla təltif edib.

S.Narışkin çıxışında humanitar, siyasi, sosial əməkdaşlığın hər iki xalq arasında əlaqələrin müsbət zəmində inkişafına yol açacağını vurğulayıb. Qarabağ münaqişəsinə münasibət bildirən Narışkin deyib:
“Rusiyanın bu məsələdə mövqeyi dəyişməz qalır. Biz bu problemin kənardan hazır reseptlər əsasında həllinə qarşıyıq. Biz Rusiya olaraq, təminat veririk ki, bu problem hər iki xalqın maraqları təmin olunacağı kopromisə çalışmaqla həll edilə bilər. Əgər belə həll yolu tapılsa, Rusiya bu razılaşmanın qarantı rolunda çıxış etməyə hazırdır. Lakin münaqişənin nizamlanmasına görə məsuliyyət yenə də Azərbaycan və Ermənistan xalqlarının üzərinə düşür”  

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək