Modern.az

“UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin səsini eşitmirik” - Uşaqlar Birliyinin sədri

“UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin səsini eşitmirik” - Uşaqlar Birliyinin sədri

29 Oktyabr 2020, 13:06

Sentyabrın 27-dən başlanan II Qarabağ savaşında Ermənistan tərəfi Azərbaycanın mülki əhalisinə qarşı terror aktı törədir. Terror nəticəsində azyaşlı uşaqlar da həlak olur. Erməni vandalizmini dünyaya çatdırmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Bəs bu mövzuda söz sahibi olan qurumlarımız hansı addımları atıblar?


Mövzu barədə Modern.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qeyd edib ki, mülki əhaliyə qarşı edilən terror həmin millətin xislətindən irəli gəlir:


“Bütün beynəlxalq qurumlara bu barədə müraciət etmişik. Azərbaycan və Ermənistan hökuməti zamanında uşaq hüquqlarının və insan haqlarının qorunması ilə bağlı konvensiyalara imza atıb. Cenevre konvensiyasının 38-ci maddəsi pozulursa, bu o deməkdir ki, düşmənin imzaladığı konvensiya onun üçün heç zaman önəmli olmayıb. Terror bu millətin, hökumətin xislətindən irəli gəlir. Əlbəttə, biz bunu pisləyirik. Sivillərə qarşı belə bir halın olmaması üçün insanları da buna səsləyirik. Biz tərəfdən müharibə gedən bölgədə təmizlik işləri aparıldığı zaman onların heç bir sivilinə toxunulmayıb. Əksinə, qadınlarını, qocalarını qoyub getdikləri halda, mərhəmətli xalqımızın əsgəri onlara sahib çıxır.

Terror aktı ilə bağlı beynəlxalq təşkilatlara öz səsimizi çatdırmışıq. Bu mövzu barədə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin səsini eşitmək istərdim. Nə üçünsə, çox ötəri çağırışlar etməklə məşğuldular. Sanki, nə şiş yansın, nə kabab.

Xarici ölkələrə müaricətimizdə onlarla təşkilarlar iştirak edib. Avropa Şurası, BMT Baş Assambleyası, Avropa İttifaqı və başqa qurum rəhbərliklərinə müraciət olunub. Onların geri dönüşü bu məsələyə münasibətlərindən irəli gələcək. Hələ ki gözləyirik”.  

Fidan İlqarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM