Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb.
Azərbaycan Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil.
“Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”.