Monako Knyazlığının Monako-Vill şəhərində ATƏT-in Parlament Assambleyasının XXI yay sessiyası keçirilib. Sessiyada assambleyanın yeni sədri seçilib. Modern.az- qurumun rəsmi saytına istinadən bildirir ki, ATƏT PA-nın yeni sədri italiyalı Rikkardo Miqlioridir.
Sessiyada həmçinin 5 vitse-prezident də seçilib. ABŞ nümayəndəsi Robert Aderholt, monakolu Jan-Şarl Qardetto, fransalı Alan Neri, gürcüstanlı Georgi Sereteli və almaniyalı Uta Zapfdır.
Qeyd edək ki, Azərbaycan Milli Məclisin üzvləri də ATƏT-in Parlament Assambleyasının XXI yay sessiyasında iştirak etmək üçün Monako Knyazlığının Monako-Vill şəhərinə səfərdədirlər. Azərbaycan nümayəndə heyətini Bahar Muradovanın başçılığı ilə Eldar İbrahimov, Rəbiyyət Aslanova, Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev təmsil edir.