Modern.az

Nazirlik rəsmisi: “Gənclər evindəki xidmətlər həm pullu, həm də pulsuz olacaq”

Nazirlik rəsmisi: “Gənclər evindəki xidmətlər həm pullu,  həm də pulsuz olacaq”

10 İyul 2012, 10:05

Paytaxtdan başqa bölgələrdə də bu tip evlər tikiləcək

2013-cü ilin sonuna kimi Bakının Binəqədi,  Xəzər, Qaradağ,  Sabunçu, Suraxanı rayonlarında gənclər evi tikilib istifadəyə veriləcək. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən, digər 10 rayonda da gənclər evinin  tikintisi nəzərdə tutulur.

Gənclər və İdman Nazirliyinin, Sağlam  Həyat Tərzinin Təbliği və Sosial Proqramlar sektorunun müdiri Nərmin Bağırova Modern.az-a bildirib ki, Dövlət Proqramına əsasən, 13 rayonda gənclər evi tikilib, daha 10 rayonda isə tikilməsi nəzərdə tutulur: “Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Qazax, Quba, Bərdədə tikiləcək. Orada gənclərə məlumat-məsləhət, təlim, görüş, debatlar və digər istiqamətlərdə xidmətlər göstəriləcək. 2015-ci ilin sonuna kimi  tikinti işləri yekunlaşacaq. Eyni zamanda, gənclərə asudə vaxtlarını səmərəli keçirilməsi üçün imkan yaradılacaq. Gənclər bizim nazirliyin əməkdaşları ilə əlaqə saxlayıb, arzularını bildirə bilərlər. Onlar hansı istiqamətdə təlimlər, hansı görüşlərin keçirilməsini istəyirlərsə, öz arzu istəklərini deyə biləcəklər. Paytaxt rayonlarından Binəqədi, Xəzər, Qaradağ, Sabunçu, Suraxanıda 2013-cü ilin sonuna kimi gənclər evi tikiləcək”.

Nazirlik rəsmisi əlavə edib ki, təşkil olunacaq bütün xidmətlər yarı olaraq həm pullu, həm də pulsuz olacaq. “Gənclər evi bütöv büdcədən mailiyyələşmir. Onun saxlanılmasına müəyyən vəsait lazım olacaq. Buna görə də xidmətlərin pullu olması da nəzərdə tutulur. Dil, kompüter, bəzi dərnəklər, hansısa idman növləri üzrə xidmətlər pullu olacaq. Amma çalışacağıq ki, hamı üçün pullu olmasın. Aztəminatlı, məcburi köçkün olan, əlil gənclər üçün  müəyyən kurslar, dərnəklər pulsuz ola bilər. Bir sözlə, bütün xidmətlər üzrə həm, pullu, həm də pulsuz olacaq”, Qax, Saatlıda rayon icra başçılarının təşəbbüsü ilə gənclər evi tikiləcək. Hazırda Bakının  heç bir rayonunda bu evlərin tikintisi başlamayıb”.

N. Bağırovanın sözlərinə görə, 14-29 yaş qrupları arasında olan gənclər burada iştirak edə biləcəklər. “Xidmətlər hər qrupun tələblərinə uyğun olacaq. 14-19 yaşlılar daha çox yeniyetmə hesab olunurlar. Onlar üçün daha çox məsləhət xidmətləri, dərnəklər təşkil ediləcək. 20-24 yaşlı gəncləri dərslik məsələləri maraqlandırır. Onlar üçün təhsillə bağlı kurslar, kompüter kursları  ola bilər. Yüksək qrup üçün məşğulluq və karyeranın inkişafı ilə  bağlı məsələlər maraqlı olduğundan, onlara  bu tipli kurslar təşkil ediləcək”. Sektor müdiri qeyd edib ki, bu evlər səhər 9-dan, axşam 9-a kimi işləyəcəklər. İstəyirik ki,  həm  işləyən, həm də oxuyan gənclər iştirak edə bilsin. Burada gənclər həm əylənə, həm də düşünə bilərlər.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək