Modern.az

Türkiyə səfirliyi Bakıda qalib jurnalistləri elan etdi – SİYAHI

Türkiyə səfirliyi Bakıda qalib jurnalistləri elan etdi – SİYAHI

10 İyul 2012, 11:32

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Müşavirliyinin və Azərbaycan Mətbuat Şurasının “Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq” mövzusunda elan etdiyi yazı müsabiqəsinin nəticələri açıqlandı.
Modern.az xəbər verir ki, müsabiqə üçün yerli mediadan 29 yazı təqdim olunub və bu yazılardan 9-u ən yüksək bal toplayıb.

Qaliblər bunlardır: Namiq Quliyev (“Bakı-Xəbər”), İlkin Ağayev  (“Palitra”),  Xalid Vahidoğlu (“Üç nöqtə”), Rəsmiyyə Rzalı (“Azərbaycan”), Samirə Səfərova (“Bakı-Xəbər”), Natiq Güləhmədoğlu (“Azadlıq”), Ramil Vəlibəyli (“Yeni Azərbaycan”), Namiq Əhmədov (“Xalq qəzeti”), Seymur Verdizadə (“Türküstan”).

Qeyd edək ki, qaliblər bir həftə Türkiyənin İzmir şəhərinə gedəcək.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək