Modern.az

Hakim partiyada YAP-çıların Rəsul Quliyevin partiyasına keçməsindən danışdılar

Hakim partiyada YAP-çıların Rəsul Quliyevin partiyasına keçməsindən danışdılar

10 İyul 2012, 11:53

Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər yeni iddia irəli sürüb. O bildirib ki, hakim Yeni Azərbaycan Partiyasının bəzi üzvləri partiya sıralarından çıxaraq ACP-yə keçiblər. Kimlərin YAP-dan ACP-yə keçdiyini açıqlamayan S.Əkbər faktın real olduğunu vurğulayıb.  

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada məlumatın həqiqətə uyğun olmadığını vurğulanıb.
“Bütün bunlar yalandır, həqiqətə uyğun deyil. Yeni Azərbaycan Partiyasından heç kim o partiyaya keçməyib. Əgər əllərində belə fakt varsa, buyurub göstərsinlər. YAP-dan başqa partiyaya kimsə keçəndə, onların adını ictimaiyyətə təqdim edirik. ACP-də belə fakt varsa, həmin şəxslərin kimliyini açıqlasınlar”.

Qeyd edək ki, Sülhəddin Əkbər sədr seçildikdən sonra Müsavat, AXCP kimi müxalifət partiyalarının bir neçə aparıcı üzvü partiya sıralarından istefa verərək ACP-yə üz tutublar.

S.Əkbər həmçinin bildirib ki, ölkənin tanınmış ziyalılarının da ACP-yə üzv olması gözlənilir.

Anar Rüstəmov 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək