Modern.az

TQDK jurnalistlər üçün müsabiqə elan edib

TQDK jurnalistlər üçün müsabiqə elan edib

10 İyul 2012, 11:56

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılmasının 20 illiyi münasibəti ilə KİV nümayəndələri arasında yeni müsabiqə elan edilib. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müsabiqə 2 nominasiya üzrə aparılacaq.    

1) TQDK-nın təsis olunmasının 20  illiyinə həsr olunmuş ən yaxşı məqalə.

Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcəkdir. Bu naminasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə pul  mükafatı təqdim olunacaq.    

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2012-ci il avqust ayının 20-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə “müsabiqəyə təqdim olunur” yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.  

 2)  TQDK-nın təsis olunmasının 20 i illiyinə dair  ən yaxşı televiziya və ya radio reportajı nominasiyasında ilk 2 yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaq.   

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2012-ci il avqust ayının 20-dək televiziya və ya radioda yayımlanmış materialın video (audio) diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. 

Müsabiqənin nəticələri sentyabrın 1-dən 5-dək elan olunacaq və qaliblər mükafatlandırılacaq.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək