Modern.az

“Azərsu” üç rayona verilən içməli suyu kəsir

“Azərsu” üç rayona verilən içməli suyu kəsir

10 İyul 2012, 12:16

Bakı şəhəri F.X.Xoyski küçəsində 500 mm diametrli polad siyirtmənin yerinin dəyişdirilməsi ilə əlaqədar paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Vaqif prospekti, C.Hacıbəyli, Xan Şuşinski, M.Qaşqay, Bakıxanov küçələrinə içməli suyun verilməsində gün ərzində məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib.

Bununla yanaşı, Bakı şəhəri Yasamal rayonu ərazisində 800 mm diametrli polad borunun yerinin dəyişdirilməsi ilə əlaqədar Yeni Yasamal yaşayış massivinə gün ərzində içməli suyun verilməsində fasilələr olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək