Modern.az

ATƏT həmsədrləri təmas xəttinin qarşı tərəfinə keçəcəklər

ATƏT həmsədrləri təmas xəttinin qarşı tərəfinə keçəcəklər

10 İyul 2012, 12:38

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 11-də Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçiriləcək.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Uilyam Prayor və Xristo Xristov keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Jiri Aberle izləyəcək.

Monitorinq zamanı həmsədrlərin təmas xəttinin qarşı tərəfinə keçəcəyi gözlənilir.

Modern.az  
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək