Modern.az

Binəqədinin yeni icra başçısı 145 sakinin şikayətini dinləməli olub - FOTO

Binəqədinin yeni icra başçısı 145 sakinin şikayətini dinləməli olub - FOTO

10 İyul 2012, 13:10

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayon sakinləri ilə səyyar görüş keçirib. Modern.az xəbər verir ki,  icra başçısı görüşü Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən 99 saylı orta məktəbdə keçirib.
Görüşdə başçı ilə yanaşı, onun müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə və xidmət sahələrinin rəhbərləri, Rəsulzadə bələdiyyə sədri, icra nümayəndəsi, 99 saylı orta məktəbin direktoru, habelə rayonun mənzil – kommunal təsərrüfatı müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə 145 nəfər sakin iştirak edib. Görüşdə sakinlər qəsəbə və yaşadıqları məhəllədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

 

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək