Modern.az

Penitensiar xidmət ölən əməkdaşları ilə bağlı məlumat yayıb

Penitensiar xidmət ölən əməkdaşları ilə bağlı məlumat yayıb

10 İyul 2012, 13:12

Penitensiar xidmətin iki əməkdaşı yol qəzasına düşərək ölüb. Modern.az Penitensiar xidmətin rəsmi saytına istinadən xəbər verir ki, Qobustan qəsəbəsində yerləşən həbsxananın baş nəzarətçisi vəzifəsində çalışan ədliyyə baş giziri Fərzəliyev Becan Rəsul oğlu və Penitensiar xidmətin Mühafizə alayının 15-ci atıcı bölüyünün qarovul rəisi vəzifəsində çalışan ədliyyə baş çavuşu Rzayev Şirzad Yasər oğlu iyulun 9-da xidmətdən sonra yaşadıqları ünvana gedərkən saat 19.00 radələrində Ələt-Astara magistral yolunun 33-cü kilometrliyində avtomobil qəzasına düşərək vəfat ediblər.

Hadisə R.B.Fərzəliyevin idarə etdiyi 10 MN 443 dövlət nömrə nişanlı “QAZ-3110” markalı şəxsi avtomobilinin Kamaz markalı yük maşını ilə toqquşması nəticəsində baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək