Modern.az

Deputat Aqiyə Naxçıvanlı tələbələri mükafatlandırdı - FOTOLAR

Deputat Aqiyə Naxçıvanlı tələbələri mükafatlandırdı - FOTOLAR

10 İyul 2012, 13:24

Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin növbəti qalibləri mükafatlandırılıb.

Azərbaycan Müəllimlər İnstitutunda keçirilən  görüşdə institutun  rektoru, deputat Aqiyə Naxçıvanlı qalib tələbələrlə görüşüb, onları  təbrik edib, ətraflı fikir mübadiləsi aparıb, sonda tələbələrə mükafatlarını təqdim edib. Deputat təqdim etdiyi “Əsl tələbə necə olmalıdır?” mövzusu ilə əlaqədar göndərilmiş məqalələr içərisindən  3-nü yüksək yerə layiq görüb.
Bakı Slavyan Universitetinin Pedoqoji fakültəsinin I kurs tələbəsi Aysel Paşazadə müsabiqədə birinci yerə layiq görülüb. Qalib kamera  və kitablarla   mükafatlandırılıb.
II yeri Azərbaycan Müəllimlər İnstitutunun Filologiya və Təhsildə Psixoloji Xidmət fakültəsinin III kurs tələbəsi Maviyə Fərhadlı, III yeri Bakı Slavyan Universitetinin I kurs tələbəsi  Aytac Məmmədova tutub. Hər iki   qalibə fotoaparat  və kitablar  verilib.

Təqdimat zamanı rektor bildirib ki, o, bu tələbələrdə  əsl vətəndaş ruhu görüb. “Bu yazılarda hiss etdim ki, tələbələr  təhsildə neqativ halların qarşısının alınması üçün yollar axtarıb, milli-mənəvi dəyərlərin qorunub saxlanılması  məsələsi qaldırılıb”.

Gənclik və tələbəlik illərindən danışan millət vəkili  bugünki  gənclərdən şikayətlənib: “Mən  gənclərin təhsil, bilik səviyyəsindən razı deyiləm. Dünyada gedən proseslərlə çox az maraqlanırlar. Gənclər təhsilə önəm verməli, çox oxumalıdırlar.  Əvvəlcə təhsil, sonra ailə haqqında fikirləşməlidirlər. Mən istərdim ki,  gənclərin maraqlarını, dünyagörüşlərini, həyata baxışlarını əks etdirən mövzular təqdim olunsun. Maraqlıdır ki, gənclər prezident İlham Əliyevin uğurlu siyasətini, Qarabağ probleminin  həllini necə görürlər? Bəlkə sağlam  dünyagörüşlü gənclərimiz  hələ təklif edilməyən elə bil düstur təqdim edə bilər ki, bu, problemin həllində əsaslı rol oynayar”.

Görüşün sonunda deputat hər bir tələbəyə işlərində və həyatda uğurlar arzulayıb. “Deputat-tələbə əməkdaşlığı” layihəsi çərçivəsində indiyədək deputatlar  Vahid Əhmədov, Jalə Əliyeva, Elmira Axundova, Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Flora Qasımova   iştirak ediblər və qalib tələbələri mükafatlandırıblar.  

 

 

 

 

 

 

 


N ihadə Eyyubova  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək