Modern.az

İctimai Palata siyasi məhbuslarla bağlı toplanıb

İctimai Palata siyasi məhbuslarla bağlı toplanıb

10 İyul 2012, 15:05

Modern.az xəbər verir ki, müxalifət qüvvələrinin birləşdiyi İctimai Palata bu gün Azərbaycanda siyasi məhbus problemi ilə bağlı tədbir keçirib. Tədbirdə Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbus məsələsinə dair qətnaməsi müzakirəyə çıxarılıb.

İcitmai Palatanın müzakirələrində Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, hüquq müdafiəçisi Leyla Yunus, Vidadi Mirkamal, Eynulla Fətullayev, keçmiş vicdan məhbusları – Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli, Bəxtiyar Hacıyev, Elnur Məcidli, Babək Həsənov, Sahib Kərimov, Oqtay Gülalıyev, tanınmış ziyalılar və politoloqlar iştirak ediblər.

Müzakirələrdən sonra tədbirdə bəyanat qəbul edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək