Modern.az

Azərbaycan Rusiyaya ikinci yardım karvanı göndərib

Azərbaycan Rusiyaya ikinci yardım karvanı göndərib

10 İyul 2012, 15:21

Modern.az xəbər verir ki, Azərbaycan təbii fəlakətdən əziyyət çəkən Rusiyanın Krasnodar diyarına ikinci dəfə humanitar yardım karvanı göndərib.

Bu barədə jurnalistlərə açıqlama verən Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirib ki, ölkə başçısının göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 22 yük maşınından ibarət humanitar yardım karvanı Rusiyaya yola salınıb.

İ.Abdullayev qeyd edib ki, yük avtomobillərindən 20-si içməli su, biri uşaqlar üçün gigiyenik paketlər və bir maşın qadın və uşaqlar üçün geyimlər aparır.

Qeyd edək ki, 51 nəfər şəxsi heyəti olan karvanın çərşənbə günü Krasnodara çatması gözlənilir.

Modern.az        

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək