Modern.az

İqbal Ağazadə: “Sərdar Cəlaloğluna həmişə ehtiyacımız olacaq”

İqbal Ağazadə: “Sərdar Cəlaloğluna həmişə ehtiyacımız olacaq”

10 İyul 2012, 16:44

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə son zamanlar mətbuatda prezident seçkilərində müxalifətin vahid namizəd məsələsi ilə bağlı haqqında səslənən fikirlər haqda Modern.az-a açıqlama verib. “Qarabağ” blokunda təmsil olunan deputat prezident seçkilərinə qatılıb-qatılmayacağı ilə qərar vermədiyini deyib.

“Biz “Qarabağ” bloku olaraq müxalifətin inteqrasiyasında maraqlıyıq. Çalışırıq ki, bu istiqamətdə irəliləyişlər olsun. Çox istərdik ki, müxalifət prezident seçkilərində vahid namizədlə çıxış eləsin. Əgər müxalifətin birliyi alınmasa, o zaman biz  “Qarabağ” bloku olaraq seçkilərdə ayrıca iştirak edəcəyik. Blok da kimin namizədliyini irəli sürərsə, o da mübarizəyə qoşulacaq”, - deyə İ.Ağazadə vurğulayıb.

Deputat ADP sədri Sərdar Cəlaloğlunun müxalifətin ən real namizədi olaraq onun adını çəkməsini müsbət qiymətləndirib. İ.Ağazadə prezident seçkiləri ilə əlaqədar adının mətbuatda tez-tez çəkilməsinə belə münasibət bildirib:

“Mənim vahid namizəd olaraq adımın çəkilməsinə görə, Sərdar Cəlaloğluna təşəkkür edirəm. O, Azərbaycan siyasətində bir mayakdır, örnək insanlardandır. Sərdar bəy məni namizəd görmək istəyirsə, mən də onu deyə bilərəm ki, bizim Sərdar bəy kimi siyasətçilərə həmişə ehtiyacımız var. Düşünürəm ki, indidən başqa nəsə demək düzgün olmazdı. Bu, blokun və partiyanın qərarından sonra bəlli olacaq”

ADP sədri Sərdar Cəlaloğlu prezident seçkilərində müxalifətin vahid namizədlə təmsil olunmasının önəmli sayaraq, İqbal Ağazadənin ən real namizəd olduğunu söyləyib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək