Ermənistanda koronavirusa yoluxanların sayı və bu virusdan ölənlərin sayı sürətlə artır. Son sutka ərzində ölkədə daha 2441 nəfərdə koronavirus aşkarlanıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.
Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 92 min 254-ə yüksəlib. Ölkədə koronavirusdan ölənlərin sayı daha 22 nəfər artaraq 1363-ə çatıb. Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı daha 6 fakt artaraq 373 olub.
Hazırda Ermənistanda 34 min 691 aktiv koronavirus xəstəsi var.