Modern.az

ABŞ Qarabağa Skandinaviya sülhməramlıları təklif edib

ABŞ Qarabağa Skandinaviya sülhməramlıları təklif edib

Dünya

1 Noyabr 2020, 13:13

Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağda skandinaviyalı hərbçilərin yerləşdirilməsi imkanlarını nəzərdən keçirir. Bu fikri ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen Los-Ancelesdə erməni diasporu nümayəndələri ilə görüşü zamanı bildirib.

Modern.az xəbər verir ki, çıxışı zamanı o, regionda ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin (RF, ABŞ, Fransa) və ya qonşu, o cümlədən Türkiyənin sülhməramlı qoşunlarının yerləşdirilməsinin yolverilməz olduğunu deyib.  

“Biz hesab edirik ki, hər iki ölkə (Azərbaycan və Ermənistan) Skandinaviya sülhməramlılarını qəbul etməlidirlər və biz Skandinaviya hökuməti ilə atəşkəs rejiminə riayət edilməsi üçün bölgədə yerləşdirə biləcəyimiz sülhməramlı qüvvələrin təşkili üzrə çalışırıq”- deyə, Obrayen qeyd edib.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza