Modern.az

III qrupun abituriyentləri üçün başlandı...

III qrupun abituriyentləri üçün başlandı...

10 İyul 2012, 17:08

Ali məktəblərə III ixtisas qrupu üzrə sənəd verən  abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni bu gündən çap etdirə bilər.  Bu barədə Modern.az-a  Tələbə Qəbulu üzrə Dövlət Koimissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib. Komisiyadan bildirilib ki,  iyulun 14-də ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Bu imtahanda iştirak etmək üçün ərizə verən  abituriyentlər iyulun 10-dan etibarən Komissiyanın internet saytından imtahana buraxılış vərəqəsi çap edib götürməlidirlər.  

I ixtisas qrupunun abituriyentləri isə buraxılış vərəqələrini növbəti həftədən çap edə biləcəklər.  

IV və II ixtisas qrupları üzrə sənəd vermiş abituriyentlərin buraxılış vərəqəsini alacaqları vaxt barədə əlavə məlumat veriləcək.

 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək