Modern.az

İranda rekord yoluxma - 434 nəfər öldü

İranda rekord yoluxma - 434 nəfər öldü

Aktual

1 Noyabr 2020, 15:40

İranda bir gündə rekord sayda - 434 insan koronavirusun qurbanı olub.

 

Modern.az  IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

 

Məlumata görə, İranda ümumilikdə, 35 298 nəfər pandemiyanın qurbanı olub.

 

Son sutkada 7 719 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 620 491-ə yüksəlib.

 

Məlumatda həmçinin 5 244 nəfərin ağır vəziyyətdə olduğu, 486 691 nəfərin isə sağaldığı vurğulanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi