Modern.az

Prezident həmsədrləri qəbul edib

Prezident həmsədrləri qəbul edib

10 İyul 2012, 17:37

Modern.az prezidentin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtkeni (ABŞ), İqor Popovu (Rusiya), Jak Foru (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikini qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək