Modern.az

Berlin pivəxanası Merkeli qara siyahıya saldı

Berlin pivəxanası Merkeli qara siyahıya saldı

1 Noyabr 2020, 20:26

Berlində məşhur “Ständige Vertretung” pivəxanası Almaniyanın kansleri Angela Merkeli və bir neçə siyasətçini noyabrın 2-dən ölkədə tətbiq ediləcək koronavirus karantininə görə qara siyahıya salıb.

Modern.az xəbər verir ki, karantinə əsasən, ictimai iaşə müəssisələrinin faəliyyəti qadağan edilir. Bu üzdən də sözügedən pivəxananın sahibləri “Facebook” səhifələrində siyasətçilərə videomüraciət paylaşıblar. Onlar siyasətçilərin çoxunun tez-tez “Ständige Vertretung”-ə gəlməsinə baxmayaraq,  qastronomik müəssisələrin bağlanması təklifinə səs verməsindən narazı qalıblar. Pivəxana sahibləri hökuməti koronavirus epidemiyasının ikinci dalğasına hazır olmamaqda ittiham ediblər. Onlar həmçinin, Robert Koh İnstitunun araşdırmalarına istinad ediblər. İnstitutun tədqiqatlarına görə, qastronomik müəssisələrdə infeksiyaya yoluxma 3%-i keçmir.

Beləliklə, Angela Merkellə yanaşı Almaniyanın maliyyə naziri Olaf Şols, Bavariyanın baş naziri Markus Zoder və Berlinin burqomistri Mixail Müller də bu əfsanəvi pivəxanada pivə içə bilməyəcəklər.               

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi