Rusiyanın Yerevandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində guya iki rus sərhədçisinin ölməsi barədə iddiaları rədd edib.
Modern.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində yerləşdirilən bəyanatda deyilir.
"Kütləvi informasiya vasitələrində iki rus sərhədçisinin ölümü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
KİV-i bu cür məlumatlarda diqqətli olmağa çağırırıq", - deyə bəyanatda bildirilir.