Gürcüstanın Baş Naziri Giorgi Qaxaria özünütəcrid rejiminə keçib.
Modern.az-ın məlumatına görə, bu barədə o, özünün feysbuk səhifəsində yazıb.
Baş Nazir qeyd edib ki, təmasda olduğu əməkdaşında koronavirus aşkarlanıb:
“Buna görə də özünütəcrid rejiminə keçmişəm və bu rejimdə işimi davam etdirəcəm”.
Gürcüstan mətbuatının yaydığı məlumata görə, Giorgi Qaxarianın mühafizəçisi koronavirusa yoluxub.