İranda ötən sutka ərzində 434 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.
Modern.az xəbər verir ki, bununla da ölkədə bu virusdan ölənlərin sayı 35 298 nəfərə çatıb.
İranda ötən 24 saat ərzində 7 719 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 620 491 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 244 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, İranda indiyədək 486 691 nəfər koronavirusdan sağalıb.