Modern.az

Ermənilər Hikmət Hacıyevin adına saxta profillər açıb - FOTO

Ermənilər Hikmət Hacıyevin adına saxta profillər açıb - FOTO

2 Noyabr 2020, 00:22

Erməni təxribatçıları tvitter və teleqram sosial şəbəkələrində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adına saxta profil yaradıb.

 

Modern.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün tvitter hesabında məlumat paylaşıb. 

 

O bildirib ki, ermənilər onun adına yaratdıqları saxta profillə Ermənistanın Xarici İşlər Nazirliyinin tvitter səhifəsində şərh yazıblar.

 

"Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılmışdır. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır", - deyə Hikmət Hacıyev bildirib.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi