“Araz” supermarket şəbəkəsi “Johnson & Johnson” şirkətinin məhsullarının satılmasından imtina edib.
Modern.az xəbər verir ki, bu barədə supermarket şəbəkəsi sosial media hesabında məlumat verib.
Qeyd edilir, ki bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.
“Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.
Qeyd edək ki, ölkənin iri supermarket şəbəkələrindən "Rahat market", "Bazar Store", "Bolmart" və “Avromed” QSC də sözügedən şirkətin məhsullarının satışından imtina ediblər.



