Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 79 nəfərə çatıb.
Modern.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində 962 nəfər yaralanıb, onlardan 743 nəfəri tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Bildirilir ki, hazırda xəstəxanalarda 219 nəfərin müalicəsi davam etdirilir.