Modern.az

Lənkəranda ikimərtəbəli evdə YANĞIN

Lənkəranda ikimərtəbəli evdə YANĞIN

Aktual

2 Noyabr 2020, 09:36

Lənkəran şəhərinin Göyşaban kəndində ümumi sahəsi 400 kvadrat metr olan ikimərtəbəli evin (Birinci mərtəbəsi mebel sexi kimi fəaliyyət göstərir) birinci mərtəbəsinin yanar konstruksiyaları və içərisinə yığılan taxta materiallar 40 kvadrat metr sahədə yanıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi