Modern.az

Leyla Əliyeva: “Bu, böyük bir həzz deməkdir” - ŞƏKİLLƏR

Leyla Əliyeva: “Bu, böyük bir həzz deməkdir” - ŞƏKİLLƏR

Reportaj

10 İyul 2012, 20:15


Bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın rəsmi saytı fəaliyyətə başlayıb.

Modern.az-ın məlumatına görə, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan bu saytda Leyla Əliyevanın çoxşaxəli fəaliyyəti işıqlandırılıb. Saytın “Yaradıcılıq” bölməsində Leyla Əliyevanın çəkdiyi rəsm əsərləri də yerləşdirilib.

Şəkil çəkmək həvəsi barədə danışan Azərbaycan prezidentinin böyük qızı belə deyib:

“Həqiqətən də rəsm çəkmək böyük həzz deməkdir. Çünki bu iş insanı sakitləşdirir - nəticə isə uğurlu ola da bilər, olmaya da. Mən bəzən yarım il heç nə çəkməyə, lakin ay ərzində beş-altı rəsm əsəri ortaya qoya bilərəm. Rəsm çəkməyə başladıqda isə bu işdən əl çəkmək, sadəcə mümkün olmur, başqa bir işlə məşğul olmaq çox çətindir. Yəqin ki, bu işlə məşğul olan hər kəs eyni hissləri keçirir. Bir sözlə, bu, böyük bir həzz deməkdir. Ancaq uğurlu alınmırsa, onda ilham pərisini gözləmək lazım gəlir”.

Modern.az saytı Leyla Əliyevanın rəsmlərindən bir qismini öz oxucularına təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 
Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi