Modern.az

"Xəzər Lənkəran" Avropada qələbə qazandı, mərhələ adladı

"Xəzər Lənkəran" Avropada qələbə qazandı, mərhələ adladı

Təhsil

10 İyul 2012, 23:01


Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan təmsilçisi "Xəzər Lənkəran" klubu bu axşam Estoniyada "Nomme Kalyu" komandası ilə qarşılaşıb.

Lənkəranda keçirilən ilk görüşdə 2:2 hesablı bərabərlik qeydə alındığından "Xəzər Lənkəran"ın səfərdə işi çətin idi.

Estoniyadakı oyunun birinci hissəsində Ruslan Abışovun qolu ilə "Xəzər Lənkəran" önə çıxıb. İkinci hissədə daha bir dəfə fərqlənən lənkəranlılar səfərdə 2:0 hesabı ilə qələbə qazanaraq, tarixi ərzində ilk dəfə mərhələ adlayıb. Bu, eyni zamanda "Xəzər Lənkəran"ın Avrokuboklarda qazandığı ilk qələbə olub.

Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti mərhələdə "Jetısu" (Qazaxıstan) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov oyundan sonra Avropa Liqasının I təsnifat mərhələsində qələbə qazandıqlarına görə,  çox şad olduqlarını vurğulayıb.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək