Modern.az

Laçın dəhlizinin strateji önəmi nədən ibarətdir?

Laçın dəhlizinin strateji önəmi nədən ibarətdir?

2 Noyabr 2020, 15:47

Azərbaycanın Qarabağ bölgəsi ilə Ermənistanın Zəngəzur bölgəsinin təbii sərhədi hündülüyü 800-2000 metr olan Kiçik Qafqaz dağ silsiləsi ilə əhatə olunub. Bu iki region arasında yeganə quru əlaqə "Laçın dəhlizi" adlandırılan yol vasitəsilə həyata keçirilir.

 

Modern.az xatırladır ki, 6 kilometr uzunluğunda olan yol Ermənistanın Gorus rayonu ərazisindən başlayıb Laçın rayonuna qədər uzanır.

Ermənistandan Qarabağa gedən yeganə yol olduğu üçün uzun illər "Laçın dəhlizi" uğrunda qanlı döyüşlər, toqquşmalar baş verib.

Bu konteksdə 1918-ci ilin iyunundan başlayaraq 1919-cu ilin aprelinə qədər Zəngəzur və Qarabağda erməni millətçisi Andranikin azərbaycanlılara qarşı başlatdığı terror və etnik təmizləmə siyasətini xatırlamaq olar.

 

Belə ki, silahlı dəstə 1919-cu ilin aprelinə qədər yüzlərlə kəndi viran qoyaraq, azərbaycanlılara qarşı terror həyata keçirib. Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə İstintaq Komissiyası Nikolay Mixaylovun başçılığı altında araşdırma apararaq, Zəngəzur və Qarabağda 10 068 nəfərin öldürülməsi faktını müəyyən etmişdi.

 

Daşnak dəstələri 115 müsəlman kəndini viran qoyub, 2196-sı uşaq olmaqla, 10 mindən artıq insanın həyatına son qoymuşdular.

Andranikin dəstələri məhz Gorusdan "Laçın dəhlizi" ilə Qarabağa gələrək, burada hücumlar həyata keçirirdi.                                                 

1919-cu ilin 4-7 noyabr tarixlərində məhz "Laçın dəhlizi" istiqamətindən Azərbaycan Ordusu Zəngəzuru erməni terrorundan azad etmək üçün əməliyyat həyata keçirmişdi. Amma hərbi əməliyyatların çətin dağlıq şəraitində aparılması buna mane oldu.  

 

Qarabağ müharibəsi dövründə də 1992-ci il mayın 17-də Laçın rayonunun və dəhlizin işğal olunması müharibənin miqyasını dərinləşdirmişdi. Məhz həmin hadisədən sonra Ermənistanla Qarabağı birləşdirən yeganə yol funksiya göstərməyə başladı.

28 il ərzində məhz bu yol vasitəsilə Ermənistandan Qarabağa yük, ərzaq və hərbi texnika danışıb.

Hazırda Azərbaycan Ordusu "Laçın dəhlizi"ni azad etmək uğrunda şiddətli döyüşlər aparır. Dəhlizin azad olunması Ermənistanın Qarabağda yerləşən hərbi birləşmələrinin faktiki olaraq, mühasirəyə düşməni anlamına gələcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü