Modern.az

Moldovada prezident seçkilərinin 1-ci turunda qalib bəlli oldu

Moldovada prezident seçkilərinin 1-ci turunda qalib bəlli oldu

2 Noyabr 2020, 15:50

Moldovada Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin birinci turunda Mayya Sandunun qələbə çaldığını elan edib.

Modern.az xəbər verir ki, Avropa tərəfdarı Fəaliyyət və Həmrəylik partiyasının namizədi Mayya Sandu 36,16% səslə seçkilərin birinci turunda qalib gəlib.

Ölkənin hazırkı rəhbəri İqor Dodon isə 32,61%  səs toplayıb.

Namizədlərdən heç biri tələb olunan 50% və bir səs həddini toplamadığı üçün seçkilərin ikinci turu keçiriləcək.

MSK seçkilərin demokratik və azad şəraitdə baş tutduğunu bildirib. Seçki fəallığı 42%-i ötüb, 1,2 milyon nəfər səsvermədə iştirak edib. Buna baxmayaraq, Sandu seçki prosesində tərəfdarlarının 300-dən artıq qanun pozuntusu qeydə aldığını deyib.    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi