Modern.az

Nazirlik dənizdə batanlarla bağlı məlumat yayıb

Nazirlik dənizdə batanlarla bağlı məlumat yayıb

11 İyul 2012, 00:05

Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istindən xəbər verir ki, bu gün Xəzər dənizinin Abşeron rayonu ərazisində (Novxanı sularda xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfər və Xəzər rayonu, Şüvəlan sahilində 1 nəfər çimərkən batıb.

Hadisə yerinə FHN-in dalğıc-xilasediciləri cəlb olunublar. Qeyd olunan şəxslərin axtarışları üzrə əməliyyat davam etdirilir.

Bundan başqa, günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan Pirşağı, Sahil-1, Zuğulba-3 və Buzovna məntəqələri ərazilərində FHN-in dalğıc xilasediciləri tərəfindən batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək